ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranyönümlü silahlı dəstələrə qarşı keçirdiyi birgə hərbi əməliyyat zamanı ən azı 6 iranlı müşavir öldürülüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Associated Press”ə İraq silahlı dəstələrindəki mənbələr məlumat verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraq ərazisində İranyönümlü silahlı dəstələrin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində 20 döyüşçünün öldüyü bildirilir.
