İsrail Şərqi Qüdsdəki Britaniya Konsulluğuna 30 gün ərzində fəaliyyətini dayandırmalı olduğunu bildirib.
BEY.AZ xəbər verir ki, “Reuters” agentliyinin İsrail rəsmisinə və başqa bir mənbəyə istinadən verdiyi məlumata görə, diplomatik missiyaya təyin olunmuş əməkdaşların akkreditasiyası da ləğv ediləcək.
Bundan əlavə, ABŞ-ın rəhbərlik etdiyi Qəzza Koordinasiya Missiyasında İsraildə xidmət edən Britaniya nümayəndələri, eləcə də Ramallahdakı Böyük Britaniya diplomatları yeddi gün ərzində ərazini tərk etməlidirlər.
İsrail bu qərarı Britaniya xarici işlər naziri Ed Milibandın beynəlxalq hüquqa görə qanunsuz hesab edilən Qərb sahilindəki yəhudi yaşayış məntəqələri ilə ticarətin qadağan olunduğunu elan etməsindən sonra verib.
London həmçinin bu yaşayış məntəqələrində fəaliyyət göstərən şirkətlərə qarşı tədbir görmək və əlaqəli mal və xidmətlərin reklamını qadağan etmək niyyətindədir. Lakin Milibandın sözlərinə görə, məhdudiyyətlər İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onunla ticarətə təsir göstərməyəcək.
İsrailin xarici işlər naziri Qideon Saar daha əvvəl Londonun tədbirlərinə cavab olaraq Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlamışdı.
Müəllif: Tural
