EvXəbərlərİsrail ordusu HƏMAS-ın silahlı qanadından iki radikalı məhv etdi

İsrail ordusu HƏMAS-ın silahlı qanadından iki radikalı məhv etdi

Published on

spot_img

İsrail Müdafiə Ordusu (İDF) Qəzza sektorunda HƏMAS-ın döyüş qanadına daxil olan “Nuxba” xüsusi dəstəsinin taqım komandiri, həmçinin bu hərəkatın digər bir silahlı radikalı məhv edib.
BEY.AZ xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Rəsmi bəyanata əsasən, zərbələrdən biri Qəzza sektorunun mərkəzi hissəsində fələstinli qaçqınların laygeri olan Nuseyrat rayonunda endirilib. Bu hücum nəticəsində “Nuxba” xüsusi təyinatlı dəstəsinin taqım komandiri İbrahim Fəvzi İsmayıl Möhsün məhv edilib. Qəzza sektorunun cənubundakı Xan-Yunis şəhəri rayonun endirilən digər zərbə zamanı İsrail hərbçiləri HƏMAS-ın döyüş qanadının daha bir döyüşçüsünü – Məhəmməd Kamil Süleyman Möhsünü zərərsizləşdiriblər.
İDF-nin mətbuat xidmətindən qeyd ediblər ki, məhv edilən hər iki radikal son vaxtlar İsrail hərbi qulluqçularına qarşı hücumlar həyata keçirirdilər. Onlar atəşkəs rejimini sistematik şəkildə pozaraq HƏMAS-ın döyüş potensialını bərpa etmək məqsədilə fəaliyyət göstərirdilər. İsrail tərəfi vurğulayıb ki, bu terrorçuların məhv edilməsi onlardan gələn təhlükəni aradan qaldırmaq üçün həyata keçirilib.

İsrail Müdafiə Qüvvələrinin nümayəndələri, həmçinin bəyan ediblər ki, zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək ziyanı minimuma endirmək üçün bütün zəruri tədbirlər görülüb.

Hüseyn İbadlı

Latest articles

Prezidentin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi

Heydər Əliyev xanımı ilə Formula 1-də

Heydər Əliyev xanımı ilə Formula 1-də

More like this