EvXəbərlərİsrail qüvvələri “Hizbullah”ın tunellərini partlatdılar

İsrail qüvvələri “Hizbullah”ın tunellərini partlatdılar

Published on

spot_img

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Əli Taher silsiləsinin altında “Hizbullah” tərəfindən qazılmış yeraltı tunelləri partladıb.
BEY.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, tunellər ötən həftə İsrail qüvvələri tərəfindən ələ keçirilib və döyüşçülərdən təmizlənib. İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz tunellərin məhv edilməsi barədə əmr verdiklərini açıqlayıblar.

İsrail tərəfi tunel kompleksinin “Hizbullah”ın Bədr briqadasının əsas qərargahlarından biri olduğunu bildirib.

Latest articles

More like this