EvXəbərlərİsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub

İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub

Published on

spot_img

İsrail ABŞ administrasiyasına Suriyadakı aviabazaya son zərbəsinin Türkiyənin bölgədə hərbi mövcudluğunu genişləndirməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.
BEY.AZ xəbər verir ki, bu barədə “Axios” amerikalı və israilli rəsmilərə istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbə çərşənbə axşamı səhər saatlarında Suriyanın şimalındakı Əbu əl-Duhur aviabazasına endirilib. Hücum zamanı azı 8 bomba uçuş-enmə zolaqlarına və bir neçə anqara düşüb. Aviabaza Türkiyə sərhədindən təxminən 72 kilometr məsafədə yerləşir.
İsrail zərbədən əvvəl Ağ Ev rəsmilərini məlumatlandırıb. Hücumdan təxminən üç saat əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Lakin söhbət zamanı bu məsələnin müzakirə edilib-edilmədiyi məlum deyil.
İsrail tərəfi bildirib ki, məqsəd Türkiyənin aviabazaya müasir silah sistemləri yerləşdirməsinin və burada hərbi gücünün daha da artmasının qarşısını almaq olub.

Türkiyəli rəsmi isə İsrailin iddialarını rədd edib. Onun sözlərinə görə, aviabazada heç bir Türkiyə hərbi mövcudluğu olmayıb və İsrail regiondakı qonşu ölkələri bombalamaq üçün bəhanələr uydurur.
ABŞ-ın bəzi yüksək vəzifəli rəsmiləri zərbənin İsraildə oktyabrda keçiriləcək seçkilərlə də qismən bağlı olduğunu düşünür. Tramp administrasiyası Suriya hökumətini təmkinli olmağa çağırıb və məsələnin İsraildəki seçkilərdən sonra həllinin daha asan olacağını qeyd edib.
Müəllif: Adəm

Latest articles

More like this