İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranla yaxın vaxtlarda saziş imzalanacağını elan etməsindən narazı qalıb.
BEY.AZ xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı yüksək vəzifəli rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, Təl-Əvivdə bu sazişi “pis” hesab edirlər və heç kim onun şərtlərindən məmnun deyil.
Rəsmi şəxs vurğulayıb ki, ABŞ tərəfi də bu sazişin İsrailin maraqlarına uyğun olmadığını və onlara zərər vurduğunu anlayır.
Digər bir rəsmi isə sazişi uğursuz adlandıraraq, ABŞ prezidentinin sənədi imzalayarkən İsrailin maraqlarını nəzərə almadığını bildirib.
“Tramp bizi çətin vəziyyətdə qoydu!” – deyə o fikrini yekunlaşdırıb.
Hüseyn İbadlı
