EvXəbərlərİsraildə terrorçular üçün ölüm hökmü verildi

İsraildə terrorçular üçün ölüm hökmü verildi

Published on

spot_img

İsrailin Mərkəzi Hərbi Dairəsinin komandanı Avi Blot İordan çayının qərb sahilində təhlükəsizlik tədbirləri haqqında fərmana edilən dəyişiklikləri təsdiqləyib.
Publika.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi bu dəyişikliyin parlament tərəfindən qəbul edilmiş terrorçular üçün ölüm hökmü haqqında qanunun tətbiqinə imkan yaradacağını bildirib.
“Müdafiə naziri İsrael Katsın göstərişi ilə terrorçular üçün ölüm hökmü haqqında qanun tətbiq edilməyə başlayır”, – deyə məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, bu qanun Fələstinin HƏMAS hərəkatının 7 oktyabr 2023-cü il tarixli hücumundan sonra İsrailin siyasətindəki aydın və birmənalı dəyişikliyin göstəricisidir.

Hüsyen İbadlı

Latest articles

More like this