İsrailin müdafiə naziri İsrael Katz fələstinlilərin Qəzza zolağından “könüllü köç” adı altında sürgün edilməsini nəzərdə tutan planı davam etdirəcəklərini açıqlayıb.
BEY.AZ xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
İsrailli nazir bildirib ki, Qəzzada HƏMAS-ın mövcudluğuna icazə verilməyəcək və plan uyğun zamanda həyata keçiriləcək.
Katz həmçinin İsrail ordusunun Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın silahlı qanadı olan “Qəssam Briqadaları”nın yeni lideri olduğu iddia edilən Məhəmməd Avdənin öldürüldüyünü bildirib.
İsrail ordusu və Şin-Bet xidmətinin birgə açıqlamasında isə Qəzza şəhərinin Rimal məhəlləsində bir neçə binanın eyni vaxtda vurulduğu qeyd olunub.
Müəllif: Roza
