İstanbuldan Moskvaya uçan Türkiyənin “Turkish Airlines” aviaşirkətinə məxsus təyyarə Moskvanın “Vnukovo” aeroportunun müvəqqəti bağlanması səbəbindən geri dönüb.
BEY.AZ xəbər verir ki, au barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
“Ekipaj İstanbula qayıtdığını bəyan edib və hazırda bir saata əvvəl tərk etdiyi Litva hava məkanına yenidən daxil olub”, – deyə Aİ-nin aviadispetçer xidmətlərindən bildiriblər.
Agentliyin həmsöhbəti qeyd edib ki, yolda hava gəmisi həmçinin Belarusun hava məkanından keçib. Paytaxt aeroportundan da TASS-a İstanbuldan olan reysin yola düşdüyü məntəqəyə qayıtdığını təsdiqləyiblər.
Moskvanın “Domodedovo” və “Jukovski” aeroportlarında hücumlar fonunda hava gəmilərinin qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlər də tətbiq edilib. Müvafiq tədbirlər uçuş təhlükəsizliyini təmin etmək məqsədilə görülüb.
Hüseyn İbadlı
