Ağ Evin keçmiş aparat rəhbəri və Çikaqonun sabiq meri Rahm Emanuel İsrail hökumətini sərt tənqid edib.
BEY.AZ xəbər verir ki, o, bu barədə “N12 News”a müsahibəsində danışıb.
Emanuel bildirib ki, İsrailin problemi Demokratlar Partiyası ilə deyil, bütövlükdə ABŞ, xüsusilə də 30 yaşdan aşağı olan yeni nəsillədir. Onun sözlərinə görə, Nyu-York meri Zöhran Mamdani gənc yəhudilər arasında Baş nazir Benyamin Netanyahudan daha populyardır.
Keçmiş Ağ Ev rəsmisi Netanyahunun idarəetmə tərzinin İsrailin milli təhlükəsizliyini zəiflətdiyini, müttəfiqləri ilə münasibətlərinə zərbə vurduğunu və ölkəni beynəlxalq təcridə sürüklədiyini bildirib.
Emanuel İsrailin ABŞ və Avropadakı dəstəyini itirdiyini iddia edib. “İsrail artıq pariya (təcrid edilmiş) dövlətdir. İqtisadi bazarını və siyasi mövqeyini itirib, yalnız Somaliland qalıb”, – deyə o vurğulayıb.
Müəllif: Roza
