Keçmiş porno aktrisa, jurnalist və ictimai fəal Alexandra Omanya Kolumbiya senatoru vəzifəsinin icrasına başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Bu gün mən Respublika senatoruyam və bu şərəfi mənimlə birlikdə bölüşən hər kəsə, Vilya-del-Rosarioda paramilitarçılar tərəfindən öldürülənlərə, cəsədləri Xuan-Frio krematoriyalarında yandırılan bütün qurbanlara həsr etmək istəyirəm”, – deyə senator yazıb.
Omanya Kolumbiya Prezidenti Qustavo Petronun “Tarixi Pakt” koalisiyasından senator seçilib. Seçkiqabağı kampaniyası zamanı o, qadınların hüquqlarının müdafiəsi, sosial bərabərsizliklə mübarizə, səhiyyə və təhsil sisteminin inkişafı istiqamətində çıxış edib.
Siyasətə gəlməzdən əvvəl Alexandra Omanya “Amaranta Henk” təxəllüsü ilə porno aktrisa kimi tanınıb. Bundan sonra o, jurnalistika ilə məşğul olmağa başlayıb. Xüsusilə, senator silahlı münaqişə problemlərini, qadınların vəziyyətini və insan hüquqlarının pozulmasını işıqlandırıb.
Omanyanın sözlərinə görə, keçmiş təcrübəsi ona bərabərsizlik problemlərini və azadlığın müdafiəsi məsələlərini daha yaxşı başa düşməyə kömək edib.
Hüseyn İbadlı
