Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton toylarının 15-ci ildönümünü qeyd ediblər.
Pubıika.az xəbər verir ki, cütlük bunu əbədi xatirəyə çevirmək üçün övladları ilə birgə foto çəkdiriblər.
Ailənin rəsmi “Instagram” hesabında paylaşılan fotoda onların hər 3 övladı – Corc, Şarlotta və Lui də yer alıb.
“Evliliyin 15 illiyini qeyd edirik”, – deyə cütlük paylaşımda qeyd edib.

