Şimali Koreyanın Baş Raket İdarəsi modifikasiya edilmiş “Hvasongpo-11ra” taktiki yer-yer ballistik raketlərinin döyüş başlığının gücünü qiymətləndirmək məqsədilə sınaq buraxılışı həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə KCNA agentliyi məlumat yayıb.
Məlumata görə, raket buraxılışını Şimali Koreya lideri Kim Çen In və digər rəsmi şəxslər izləyiblər.
Agentlik qeyd edir ki, sınaq buraxılışının məqsədi taktiki ballistik raketlərin kaset sursatlarının və yüksək partlayıcı-parçalanma başlıqlarının xüsusiyyətlərini və gücünü təsdiqləmək olub.
Kim Çen In bildirib ki, müxtəlif təyinatlı kaset sursatlarının hazırlanması və yerləşdirilməsi Koreya Xalq Ordusunun əməliyyat ehtiyaclarını effektiv şəkildə ödəyir. O vurğulayıb ki, “praktik döyüş şəraitində həm yüksək dəqiqlikli zərbələrin, həm də müəyyən hədəflərə yüksək sıxlıqlı zərbələrin endirilməsi imkanlarının artırılması böyük əhəmiyyət kəsb edir” və sınağın nəticələrindən məmnunluğunu ifadə edib.
