Avqustun 5-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə hava zərbələri endirir.
BEY.AZ xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilir. Hava zərbələri zamanı əsasən ballistik raketlərdən istifadə edilir.
Hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyətə keçib. Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar. Hazırda hava zərbələri davam edir.
Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.
