Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp təyinatından sonra milli komandanın ambisiyaları və hədəfləri barədə danışıb.
BEY.AZ xəbər verir ki, “Sky Sport Germany” Kloppdan sitat gətirib:
“Uğur gözləntilərlə müqayisədə nə qədər yaxşı oynamağınızdır. Almaniyada insanlar “’Biz Fransa qədər yaxşıyıqmı?” soruşanda, cavab “xeyrdir”. Amma bu doğru deyil. Sual belə olmalıdır: Dembele, Mbappe, Due, Barkola kimi oyunçularımız varmı?
Cavab yenə də “xeyrdir”. Amma yenə də onları məğlub edə bilərik. Fransa, İspaniya və ya Argentinanın necə oynamasının fərqi yoxdur. Ən əsası özümüzə və necə futbol oynadığımıza baxmaqdır. Hazırda dünyada bir nömrəli deyilik, bu doğrudur. Reytinqdə bizdən qabaqda 11 ölkə var, amma futbol oynadığımız şəkildə onları məğlub etmək üçün əlimizdən gələni etməliyik”.
