Almaniya Futbol Assosiasiyası (DFB) sabah, iyulun 24-də Yurgen Kloppu rəsmi olaraq təqdim edəcək.
Daha əvvəl “Liverpul” və “Borussiya Dortmund”un keçmiş məşqçisi Almaniya millisinin yeni baş məşqçisi olacağını təsdiqləmişdi.
BEY.AZ xəbər verir ki, Almaniya Futbol Federasiyası cümə günü mətbuat konfransı təyin edib və Kloppun milli komandanın baş məşqçisi kimi təqdim olunacağı gözlənilir.
“Bild”in məlumatına görə, rəsmi təqdimat Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq. Klopp mətbuat konfransında Almaniya Futbol Federasiyasının prezidenti Bernd Noyendorf və Almaniya milli komandasının direktoru Rudi Voller ilə birlikdə iştirak edəcək.
BEY.AZ
