“Qarabağ”ın qalmaqallı futbolçusu Elvin Cəfərquliyev növbəti dəfə gündəmə gəlib.
Publika.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun qərarı ilə intizamsızlığa görə əvəzedici komandaya göndərilən 25 yaşlı müdafiəçi “Qarabağ”ın Azərbaycan kubokunun yarımfinalında sabaha məğlub olmasından (1:2, 2:2) dərhal sonra müəmmalı paylaşım edib.
O, məşq zalından fotolar paylaşıb. Şəkildə o, gülümsəməklə yanaşı, qum saatı və ilan emojiləri yerləşdirib.
Onun paylaşımı “Qarabağ” azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.
Heybət
