EvXəbərlərKoloskovun FİFA və UEFA-dan aldığı təqaüdü niyə kəsiblər?

Koloskovun FİFA və UEFA-dan aldığı təqaüdü niyə kəsiblər?

Published on

spot_img

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov beynəlxalq federasiyalardan ödənişlər alıb-almadığı ilə bağlı sualı cavablandırıb.
BEY.AZ xəbər verir ki, Koloskov “Sport24”-ün müxbiri Boris Korolevlə müsahibəsində bildirib:
“Əvvəlcə FİFA və UEFA-dan təqaüd alırdım, amma təxminən on il əvvəl onların ödənilməsi dayandırıldı. Heç bir səbəb göstərilmədi. Niyə dayandırıldığı anlaşılmazdır.

UEFA və FİFA-dan pensiya ödənişlərinin bərpa olunacağına ümid yoxdur. Blatter və Yohansson – bu qaydaları müəyyən edən insanlar olduğu müddətdə hər şey ödənilirdi. Sonra onlar getdilər, yeni insanlar gəldi və qaydalar artıq qayda olmaqdan çıxdı. Çeferin və İnfantino bununla maraqlanmırlar”.

Latest articles

More like this