EvXəbərlərKral İdrisi də "cəngavər" elan etdi

Kral İdrisi də “cəngavər” elan etdi

Published on

spot_img

Britaniyalı aktyor İdris Elba Kral III Çarlz tərəfindən “cəngavər” tituluna layiq görülüb.
BEY.AZ xəbər verir ki, təltifetmə mərasimi Vindzor Qəsrində baş tutub. Mərasimdə aktyor həyat yoldaşı Sabrina Elba ilə birlikdə iştirak edib.
Qeyd edək ki, İdris Elbaya “cəngavər” titulunun veriləcəyi barədə qərar 2025-ci ilin sonunda Böyük Britaniyanın ənənəvi Yeni İl mükafatları siyahısı açıqlanarkən məlum olmuşdu. Bu siyahıya ölkə və cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslər daxil edilir. Elba gənclər arasında cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirdiyi ictimai fəaliyyətə görə təltif edilib. (Axsam.az)

Latest articles

More like this