EvXəbərlərKuleba Belarusu əks hücumlarla hədələdi

Kuleba Belarusu əks hücumlarla hədələdi

Published on

spot_img

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Belarusun Ukrayna münaqişəsinə daxil olmaq niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə özünün “YouTube” kanalında danışıb.
Eks nazir qeyd edib ki, Belarusun mümkün hücumu qarşılıqlı cavab zərbələrinə və ölkədə vəziyyətin ciddi şəkildə sarsılmasına səbəb ola bilər. Kulebanın sözlərinə görə, hazırda yalnız Belarus qoşunlarının hansı istiqamətdə və nə vaxt hərəkət edəcəyi sual altındadır.
Eyni zamanda, Ukrayna lideri Volodimir Zelenski öz Telegram kanalında Rusiyanın Belarus ərazisindən bir NATO ölkəsinə hücum etməyi planlaşdırdığını bəyan edib. Zelenski rəsmi Kiyevin Moskvanın Minski münaqişəyə daha çox cəlb etmək cəhdlərini qeydə almaqda davam etdiyini vurğulayıb.

Hüsyn İbadlı

Latest articles

More like this