EvXəbərlərKüsüb: Millidən dəvət gözləyirmiş...

Küsüb: Millidən dəvət gözləyirmiş…

Published on

spot_img

Roberto Mançini İtaliya millisinin baş məşqçi postuna dəvət almadığı üçün məyus olub.
BEY.AZ xəbər verir ki, “Corriere della Sera”nın məlumatına görə, məşqçi federasiyadan təklif alacağına ümid edirmiş və indi özünü aldadılmış hiss edir.
Mənbənin məlumatına görə, Mançini milli komandaya qayıtmağa hazır idi və futbol federasiyasının nümayəndələrinin onunla əlaqə saxlayacağı gözləyirmiş.
Mançininin rəhbərliyi altında İtaliya millisi 2020-ci il Avropa Çempionatını qazanıb və 37 oyun məğlubiyyətsiz keçərək əhəmiyyətli uğurlar əldə edib.
Lakin komanda sonradan 2022-ci il Dünya Kubokuna vəsiqə qazana bilmədi. Bundan sonra məşqçi gözlənilmədən vəzifəsindən ayrılaraq Səudiyyə Ərəbistanı millisinə keçdi. 2025-ci ildə Qətərin “Əl Sədd” klubuna keçdi. Orada bir ildən az vaxt keçirdi və hazırda komandasızdır.

Federasiya daha əvvəl Karlo Ançelotti və Xosep Qvardiola ilə müqavilə imzalamağa çalışsa da, hər iki məşqçi təklifləri rədd etmişdi.
Daha sonra Pirlo ilə razılıq əldə edildi, amma onun Rusiya ilə əlaqələri üzə çıxınca, razılaşma ləğv edildi. Ola bilsin ki, bundan sonra Mançinin yolu açılsın.

Latest articles

More like this