EvXəbərlərLaporta “Qızıl top”u öz futbolçusuna “verdi”

Laporta “Qızıl top”u öz futbolçusuna “verdi”

Published on

spot_img

“Barselona”nın prezidenti Joan Laporta komandanın əsas ulduzu Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğuna əmindir.
BEY.AZ xəbər verir ki, onun sözləri COPE tərəfindən sitat gətirilib.
Laporta 2026-cı ildə fərdi mükafatı qazanmaq şansları ilə bağlı son açıqlamasından bəri tənqid atəşinə tutulan 19 yaşlı oyunçunu dəstəkləyib.
Laporta deyib: “Lamin “Qızıl top”u qazansa, çox sevinərdim və həqiqətən də düşünürəm ki, o, buna layiqdir”.

Ötən mövsüm, 2025/26 mövsümündə Yamal Kataloniya klubunun heyətində bütün yarışlarda 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib. O, həmçinin İspaniya millisi ilə 2026-cı il FİFA Dünya Kubokunun qalibi olub, Dünya Kubokunda bir qol vurub və bir məhsuldar ötürmə edib.

BEY.AZ

Latest articles

More like this