EvXəbərlərLavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!

Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!

Published on

spot_img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniya kansleri Fridrix Mertsin Avropada liderlik iddialarına sərt reaksiya verib.
BEY.AZ xəbər verir ki, TASS-a müsahibəsində Lavrov Mertsin Almaniyanın yenidən Avropanın əsas gücü olacağını deməsinə cavab olaraq, “Əgər bu qədər açıq danışırsansa, hazır ol”, – deyə qeyd edib.
Lavrov həmçinin müsahibəsində emosional ifadələr işlətməsinə də münasibət bildirib. O vurğulayıb ki, bəzən gözlənilməz və ya yanlış hesab etdiyi addımlarla qarşılaşanda “sərt və acı sözlər” işlədə bilir, çünki o da canlı insandır.
Xatırladaq ki, bundan əvvəl Serb Respublikasının “Müstəqil sosial demokratlar” Alyansının sədri Milorad Dodik Fridrix Mertsin gələcəkdə Avropanın yeni liderinə çevrilə biləcəyini istisna etməmişdi. Dodikin sözlərinə görə, hazırda Avropada vahid lider yoxdur və ayrı-ayrı ölkələrin rəhbərləri öz dövlətlərindəki problemləri həll etməkdə çətinlik çəkdikləri üçün ümumavropa lideri roluna iddia edə bilmirlər. O, Almaniyanın özünün də çoxsaylı problemlərlə üzləşdiyini vurğulayıb.

Müəllif: Adəm

Latest articles

More like this