EvXəbərlərLevitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır

Levitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır

Published on

spot_img

Ağ Evin mətbuat katibi Kerolayn Levitt şəxsi səbəblərdən bu ilin avqust ayının sonunda vəzifəsindən ayrılacaq.
BEY.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.
Tramp bildirib ki, Levitt ailəsi və azyaşlı övladları ilə daha çox vaxt keçirmək məqsədilə belə qərar qəbul edib. O, bu qərara hörmətlə yanaşdığını vurğulayıb.
Amerika liderinin sözlərinə görə, Levitt bundan sonra onun xarici siyasət məsələləri üzrə müşaviri kimi fəaliyyət göstərəcək, həmçinin aralıq seçkiləri öncəsi Respublikaçılar Partiyasının fəaliyyətində iştirak edəcək.

Tramp Levittin 2018-ci ildən etibarən ədalət, azadlıq və sərbəstlik uğrunda mübarizə apardığını, 2024-cü ildəki prezident seçkiləri kampaniyasında da mühüm rol oynadığını qeyd edib. O, Levittin Ağ Evin tarixində ən uğurlu mətbuat katiblərindən biri olduğunu bildirərək fəaliyyətinə görə təşəkkürünü çatdırıb.

Latest articles

More like this