İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampı İranın neft və qaz ehtiyatlarını ələ keçirmək istəməkdə ittiham edib.
BEY.AZ xəbər verir ki, Pezeşkian bu barədə Milli İxrac Günü münasibətilə təşkil olunan tədbirdə danışıb.
“Tramp rəsmən deyir ki, İranın neft və qazını istəyirəm, amma onu ələ keçirməyimə imkan vermirlər”, – deyə İran Prezidenti bildirib.
Pezeşkianın sözlərinə görə, ABŞ hökuməti İranla bütün əməkdaşlıqları dayandırmaq üçün bəzi ölkələrə təzyiq göstərir.
“Liderimizi (Əli Xameneini) qətlə yetirməklə ölkəni parçalaya biləcəklərini düşünürdülər”, – deyə o əlavə edib.
