Türkiyədə keçirilən NATO Zirvəsi çərçivəsində liderlərin şərəfinə verilən ziyafətdə liderlər yeməklərə heyran qalıblar.
BEY.AZ xəbər verir ki, 2 “Michelin” ulduzunun sahibi olan aşpaz Fatih Tutakın hazırladığı menyu qonaqları ovsunlayıb.
Türk mətbəxinin xüsusi ləzzətlərinin təqdim olunduğu gecədə ABŞ Prezidenti Donald Trampın təndirdə bişmiş dana qabırğa və “Hünkar beğendi”yə (ənənəvi türk yeməyi – red.) valeh olduğu bildirilir. Tramp, xüsusi olaraq aşpazdan resept istəyib və bu unikal yeməyi Ağ Evin rəsmi menyusuna daxil etmək niyətində olduğunu bildirib.
Fransa Prezidenti Makron və xanımı Bricit isə ənginardan hazırlanan salata vurulub. Makron Parisdə restoran açaraq belə ləzzətin orada da təqdim edilməli olduğunu qeyd edib.
İspaniya Baş naziri Sançezin isə püstə ilə bəzədilmiş desertə heyran qaldığı bildirilir.
Ləman
