EvXəbərlərLimonlu su ilə qarqara dişləri məhv edə bilər

Limonlu su ilə qarqara dişləri məhv edə bilər

Published on

spot_img

Limon şirəsi ilə su qarışdırıb ağızı yaxalamaq diş minasına ciddi zərər verə bilər.
BEY.AZ xəbər verir ki, stomatoloq Rita Kruz de Souza “Sapo” nəşrinə açıqlamasında limon şirəsi, soda və duzla ağız yaxalamağın mümkün fəsadlarından danışıb.
Mütəxəssisin sözlərinə görə, limon şirəsinin yüksək turşuluğu diş minasının səthindəki mineral qatını zəiflədir. Bu proses mütəmadi təkrarlanarsa, mina daha həssas olur və eroziyaların yaranma riski artır.
Stomatoloq xüsusilə bir məqama diqqət çəkib: turş məhlulla qarqara etdikdən dərhal sonra dişləri fırçalamaq olmaz. Turşunun təsirindən yumşalmış mina diş fırçasının mexaniki təsiri nəticəsində daha çox zədələnə bilər.
Soda ilə bağlı da yanlış təsəvvürlərin olduğunu bildirən mütəxəssis qeyd edib ki, onun antimikrob xüsusiyyətləri olsa da, ağız qoxusuna səbəb olan maddələri tam aradan qaldırmır. Buna görə soda məhlulu ağız boşluğunun tam gigiyenasını və ağız qoxusuna səbəb olan xəstəliklərin müalicəsini əvəz etmir.

Stomatoloq duzlu su ilə qarqara barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, duz məhlulunun ağız qoxusuna qarşı effektivliyini təsdiqləyən hələ kifayət qədər inandırıcı elmi sübut yoxdur.
Müəllif: Adəm

Latest articles

More like this