İspaniyalı mütəxəssis Andoni İraola “Liverpul”un yeni baş məşqçisi olacaq.
BEY.AZ xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira verib.
Onun sözlərinə görə, artıq razılıq əldə edilib. Müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Bu arada, başqa bir insayder Fabritsio Romano bir gün əvvəl rəsmi danışıqların yaxın günlərdə başlayacağını qeyd etmişdi. Bildirilir ki, klubun ispan məşqçidən başqa seçimi yoxdur.
Bu arada, İraolanın “Bornmut”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir və bundan sonra o, ingilis klubundan ayrılacaq. Qeyd olunur ki, klub ispaniyalı ilə ayrılmaq istəmir və bu, onun öz qərarıdır.
