PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ölümcül qəzaya uğramış avtomobildə olub.
BEY.AZ xəbər verir ki, bu barədə İspaniyanın “A Punt” televiziya kanalı məlumat yayıb.
Qəza 8 oktyabr axşamı La Safor məhəlləsində baş verib. Qəzada motosiklet və Martinesin avtomobil iştirak edib. Maşını başqa bir şəxs idarə edirmiş.
Hadisə yerinə gələn təcili yardım işçiləri motosikletçiyə kömək edə bilməyiblər, o, onlar çatmamışdan əvvəl ölüb. Hüquq-mühafizə orqanları hazırda qəzanın səbəbini araşdırır.
Avtomobilin sürücüsü alkoqol və narkotik testindən keçib və nəticələr mənfi çıxıb
