Fransada Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Terrorla Mübarizə Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Fransa polisi həmin şəxsi 7 mayda həbs edib. 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasından ilhamlanaraq zorakı hərəkətlər planlaşdırıb.
Həmin şəxsin yəhudi icmasına hücum etmək niyyətinin də olduğu bildirilib.

