Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya iyunun sonunadək 9 milyard avro təqdim edəcəyini vəd edib.
BEY.AZ xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının saytında qeyd edib.
“Biz Ukraynaya təxminən üç milyard avro köçürmüşük. Bu ay isə Ukraynaya 90 milyard avro həcmində kreditimiz çərçivəsində ilk tranşı ayıracağıq. Beləliklə, ayın sonunadək biz Ukraynaya dronlar üçün 6 milyard avro və 3 milyard avrodan çox makromaliyyə yardımı təqdim edəcəyik. Əlbəttə ki, yaxın zamanda yeni tranşlar da olacaq”, – deyə Ursula qeyd edib.
O, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması yolunda ilk klaster açılacaq və bu, həmin ölkələrin Aİ-yə qoşulması üzrə rəsmi danışıqların başlanmasına zəmin yaradacaq.
Müəllif: Roza
