Niderland millisinin keçmiş futbolçusu Kvinsi Promes narkotik vasitələrin satışı ilə bağlı sövdələşmələrdə vasitəçilik edərək 8 milyon avro qazanıb.
BEY.AZ xəbər verir ki, “RTL Boulevard” nəşrinin məlumatına görə, Niderland prokurorluğu həmin vəsaitin Promesdən müsadirə olunmasını və ya onun əmlakına həbs qoyulmasını tələb edir.
Promes beynəlxalq narkotik ticarətində iştirak etdiyinə görə 6 il, qohumunu bıçaqladığına görə isə əlavə olaraq 1 il 6 ay həbs cəzasına məhkum edilib.
İstintaqın versiyasına əsasən, Promes Antverpen limanı vasitəsilə 1350 kiloqramdan çox kokainin daşınmasının əsas iştirakçılarından biri olub.
