EvXəbərlərMəşhur müğənninin evinə raket qalıqları düşdü

Məşhur müğənninin evinə raket qalıqları düşdü

Published on

spot_img

Rusiyalı müğənni Andrey Makareviçin İsraildə yerləşən evinə raket qalıqları düşüb.
BEY.AZ xəbər verir ki, bu barədə musiqiçinin həyat yoldaşı Eynat Klyayn sosial şəbəkədə məlumat verib.
O bildirib ki, İran raketinin qalıqları Hayfa yaxınlığındakı Kerem Maxaral kəndində yerləşən evinin və həyətyanı sahəsinə düşüb. Nəticədə isə uşaq otağının şüşələri sınıb, bağ sahəsinə isə metal qırıntıları səpələnib.

Hadisə zamanı isə ailə evdə olmayıb. Onlar qonaqlıqdan qayıdarkən hava həyəcan siqnalı verilib və ailə yerə uzanaraq təhlükənin bitməsini gözləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. (Axşam.az)

Latest articles

More like this