Türkiyənin məşhur “Uzak Şehir” serialının çəkiliş meydançasında başlayan sevgi münasibəti maqazin gündəminə çevrilib.
BEY.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Şahin Albora obrazını canlandıran Alper Çankaya rol yoldaşı Yaren Güldiken ilə sevgili olub.
İddialara görə, serialın çəkilişləri zamanı daha da səmimi olan cütlük mövsüm finalından sonra birlikdə tətilə yollanıb. Sosial şəbəkələrdə yayılan fotolar onların münasibətdə olması barədə iddiaları daha da gücləndirib.
Qeyd edək ki, Yaren Güldiken serialda Pakizə obrazını canlandırır. Cütlük münasibətləri ilə bağlı hələlik açıqlama verməyib.
Türkiyə mediasında yayılan digər məlumatlara əsasən, Alper Çankayanın “Uzak Şehir” layihəsindən ayrılacağı və yeni mövsümdə “Netflix” üçün çəkilən başqa serialda rol alacağı bildirilir.
