EvXəbərlərMacarıstan qaranlığa qərq ola bilər: Ölkənin yeganə AES-i dayanır

Macarıstan qaranlığa qərq ola bilər: Ölkənin yeganə AES-i dayanır

Published on

spot_img

Macarıstan son onilliklərin ən ağır enerji böhranı ilə üz-üzə qalıb. Buna səbəb rekord isti hava və quraqlıq nəticəsində Dunay çayında su səviyyəsinin kəskin azalmasıdır.
BEY.AZ xəbər verir ki, ölkənin elektrik enerjisinin təxminən 50 faizini təmin edən yeganə atom elektrik stansiyası – Pakş AES soyutma üçün istifadə olunan Dunay çayında suyun tarixi minimuma enməsi səbəbindən 40 ildən artıq müddətdə ilk dəfə fəaliyyətini dayandırmağa məcbur ola bilər.
Baş nazir Peter Madyar qarşıdakı beş günü “ən kritik dövr” adlandırıb. Onun sözlərinə görə, havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək, stansiya isə hazırda cəmi 10 faiz gücü ilə işləyir. AES-in dayanmasının həftələrlə davam edə biləcəyi bildirilir.
Hökumət artıq əhalidən və yüzlərlə müəssisədən elektrik enerjisinə qənaət etməyi xahiş edib. Bunun sayəsində enerji istehlakı 400 meqavat azaldılıb. Lakin bu kifayət etməsə, sənaye müəssisələri üçün məcburi məhdudiyyətlər tətbiq oluna bilər.
Energetika naziri İştvan Kapitani bildirib ki, “MOL”, “Samsung SDI”, “Audi” və “Denso” kimi iri şirkətlər istehlakı azaltmağa razılıq veriblər. Buna baxmayaraq, ölkənin enerji sistemi hələ də ciddi təzyiq altındadır.

Dunay çayında suyun azalması gəmiçiliyə və turizmə də mənfi təsir göstərib. Bundan başqa, Budapeşt ətrafı da daxil olmaqla 100-dən çox şəhər və kənddə su təchizatına məhdudiyyətlər yaranıb.

İqtisadçıların hesablamalarına görə, enerji böhranı Macarıstana idxal olunan elektrik enerjisinin bahalaşması səbəbindən 315-630 milyon dollar zərər vura bilər. Yerli sakinlərin sözlərinə görə, hökumət vətəndaşlardan təkcə elektrikə deyil, suya da ciddi qənaət etmələrini istəyib.
Müəllif: Adəm

Latest articles

More like this

ÇL-in pley-off mərhələsinin püşkü atıldı: "Sabah"ın potensial rəqibi bəlli oldu

ÇL-in pley-off mərhələsinin püşkü atıldı: "Sabah"ın potensial rəqibi bəlli oldu