EvXəbərlərMadonna, Şakira və BTS DÇ-2026-nın finalında çıxış edəcək

Madonna, Şakira və BTS DÇ-2026-nın finalında çıxış edəcək

Published on

spot_img

Dünya şöhrətli müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il FIFA Dünya Kuboku finalının fasiləsində çıxış edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə turnirin “X” sosial media platformasındakı rəsmi hesabında məlumat yer alıb.
Bildirilir ki, şou fasilə dünyada uşaqların təhsil və futbola çıxışını genişləndirmək üçün 100 milyon dollar toplamaq təşəbbüsünün bir hissəsi olaraq FIFA Qlobal Təhsil Fonduna dəstək olaraq keçiriləcək.
Qeyd edək ki, Dünya Kubokunun finalı 19 iyul 2026-cı ildə Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki MetLife stadionunda keçiriləcək.

Müəllif: Valeh

Latest articles

More like this