EvXəbərlərMakron İnfantino və Ceferinə zəng etdi: kimə dəstək verir?

Makron İnfantino və Ceferinə zəng etdi: kimə dəstək verir?

Published on

spot_img

Fransa prezidenti Emmanuel Makron FİFA prezidenti Canni İnfantinonun Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifinə qarşı çıxıb.
BEY.AZ xəbər verir ki, “L’Équipe” nəşrinin məlumatına görə, telefon danışığında Makron İnfantinoya “FIFA Forward Enterprise” layihəsini dəstəkləmədiyini bildirib. Dövlət başçısı “dünya futbolunda birliyə ehtiyac”ı və “beynəlxalq həmrəyliyin gücləndirilməsini” vurğulayıb.
Mənbənin məlumatına görə, Makron həmçinin UEFA prezidenti Aleksandr Çeferinlə danışıb və bu məsələdə tam dəstəyini ifadə edib.

UEFA və digər futbol təşkilatlarının tənqidlərindən sonra FİFA turnir hüquqlarının bir hissəsini özəl investorlara satmaq planından imtina edib.

Latest articles

More like this