EvXəbərlərMakronun İrəvandakı bu hərəkəti Fransanı ayağa qaldırdı

Makronun İrəvandakı bu hərəkəti Fransanı ayağa qaldırdı

Published on

spot_img

Fransa prezidenti Emmanuel Makronun xarici səfərləri zamanı nümayiş etdirdiyi rəftar ölkəsində kəskin etirazla qarşılanıb. Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo dövlət başçısını sərt şəkildə tənqid edərək, onu ölkənin iqtisadi problemlərini görməzdən gəlməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkə hesabında yazıb.
Makronun xaricdə mahnı oxuduğu görüntülərə eyham vuran Filippo qeyd edib ki, prezident real problemlərdən qaçır: “Dünən qaçışçı və it baxıcısı obrazında olan Makron, bu gün artıq ruh yüksəkliyi ilə mahnı oxuyur. Bu vaxt isə on milyonlarla fransız konkret addımlar, məsələn, benzinin qiymətinin aşağı salınmasını gözləyir”.
Filippo, həmçinin Fransanın Cənubi Amerika ölkələri ilə (“Merkosur”) bağladığı ticarət sazişini də tənqid atəşinə tutub. O bildirib ki, bu müqavilə ölkəyə ucuz kənd təsərrüfatı məhsullarının axınına səbəb olacaq ki, bu da yerli fermerlərin məhvi deməkdir.
Xatırladaq ki, Makron Ermənistana səfəri zamanı İrəvanda verilən şam yeməyində Paşinyanın müşayiəti ilə mahnı oxumuşdu.

Müəllif: Adəm

Latest articles

More like this