EvXəbərlərMaks Ferstappenin atası yarış vaxtı ağır qəzaya düşdü

Maks Ferstappenin atası yarış vaxtı ağır qəzaya düşdü

Published on

spot_img

Yos Ferstappenin Valoniya rallisində iştirakını tez başa vurub.
Publika.az xəbər verir ki, 54 yaşlı pilot yarışın ilk mərhələsində trasdan çıxıb və onun “Skoda” markalı avtomobili aşıb. Qəza Valoniya rallisinin təşkilatçıları tərəfindən sosial şəbəkələrdə təsdiqlənib.
Yayılan fotolarda Ferstappenin avtomobilinin ciddi zədələndiyi və tavanı üstə qaldığı görünür. Xoşbəxtlikdən, Ferstappen və onun şturmanı Yaspar Vermelenin xəsarət almadığı bildirilir.
Qeyd edək ki, Ferstappen bu yarışda əsas şturmanı Reno Jamyul olmadan çıxış edirdi. O, həftənin əvvəlində topuğundan zədə almışdı.

Dördqat “Formula 1” çempionu Maks Ferstappenin atası olan Yos Ferstappen yarışın ilk günündən sonra üçüncü yerdə qərarlaşmışdı.

Latest articles

More like this