Bu həftə sonu Kazan Marafonu zamanı gözlənilməz bir hadisə baş verib.
Publika.az xəbər verir ki, finiş xəttinə bir neçə metr qalmış, əlində gül olan bir qız tamaşaçıların arasından çıxaraq qaçıb və sevgilisinə çataraq ona evlilik təklifi edib. Qız ona buket verib və daha sonra əlində üzük qutusu tutaraq diz üstə çöküb. Sevgilisi onun təklifini qəbul edib.
Xoşbəxt qız sosial mediada jestinin videosunu paylaşaraq “Digər qızlar oğlanların onları təqib etməsini gözləyərkən, mən cibimdə üzük onun arxasınca qaçıram” şərhini yazıb.

