EvXəbərlərMauro İkardiyə İtaliyadan sürpriz təklif

Mauro İkardiyə İtaliyadan sürpriz təklif

Published on

spot_img

“Qalatasaray”da göstərdiyi performans və qazandığı çempionluqlarla klubun əfsanələrindən birinə çevrilən argentinalı hücumçu Mauro İkardi hazırda azad agent statusundadır.
BEY.AZ xəbər verir ki, futbolçunun gələcəyi maraq doğurarkən, İtaliyanın “Fiorentina” klubu onu transfer siyahısına daxil edib.
33 yaşlı argentinalı hücumçu transfer pəncərəsinin bağlanmasına az müddət qalmasına baxmayaraq, hələ heç bir klubla razılığa gəlməyib. Bu fonda İtaliya mətbuatında onunla bağlı yeni iddia ortaya çıxıb.
“Calciomercato”nun məlumatına görə, “Fiorentina”nın idman direktoru Fabio Paratiçi uzun müddətdir Mauro İkardiyə böyük maraq göstərir və futbolçunu Florensiya klubunda görmək istəyir.
Məlumata görə, Paratiçi “Yuventus”da çalışdığı dövrdə də İkardini komandaya transfer etmək istəyib. Lakin argentinalı hücumçu sonradan “İnter”ə keçib.

Mauro İkardi “Qalatasaray”ın heyətində 134 rəsmi matçda meydana çıxıb. Argentinalı futbolçu bu oyunlarda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
İndi isə futbolçunun karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı gözlənilir.

Latest articles

More like this