EvXəbərlərMbappe “diktator” ləqəbinə belə reaksiya verdi

Mbappe “diktator” ləqəbinə belə reaksiya verdi

Published on

spot_img

“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe bir neçə ləqəblə tanınır.
Publika.az xəbər verir ki, 27 yaşlı futbolçu xarici görünüş oxşarlığına görə uzun müddətdir “Nindza tısbağası” adlandırılır. Antuan Qrizmann onu “Kiki” deyə çağırır, “Real”da isə onun üçün “Mbappepinaso” ləqəbi istifadə olunur.
2026-cı ildən etibarən ona “Diktator” ləqəbi də şamil olunmağa başlayıb. Buna səbəb kimi onun həm PSJ-də, həm də Madrid klubun rəhbərliyə öz fikrini diktə etməyə çalışdığı iddiaları göstərilir. Azarkeşlər hətta Xabi Alonsonun “kral klubu”ndan uzaqlaşdırılmasında Mbappenin də rolunun olduğunu düşünürlər.
Fransalı futbolçu yeni ləqəbə ilk dəfə reaksiya verib və “İnstagram”da paylaşılan memin altına “Bir daha bunu etmə” yazaraq şərh bildirib.

Mbappe cari mövsümdə Madrid klubunun heyətində 40 oyunda 41 qol vurub.

Latest articles

More like this