EvXəbərlərMedvedev Ermənistana xəbərdarlıq etdi

Medvedev Ermənistana xəbərdarlıq etdi

Published on

spot_img

Ermənistanın hazırkı rəhbərliyinin inkişaf istiqamətini dəyişmək niyyəti respublikanın “yeni Ukrayna”ya çevrilməsi təhlükəsi yaradır.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran dövlət televiziyasına müsahibəsində bildirib.
Bu xüsusətdə o, NATO-ya qoşulmaq istəyi olan, lakin bunun heç bir yaxşı nəticə vermədiyi Gürcüstanla münaqişəni xatırladıb. Medvedevin sözlərinə görə, ölkənin indiki hakimiyyəti bunun səhv yanaşma olduğunu başa düşür.
“Hazırda Ermənistanla münasibətlərimiz sınaqdan keçirilir. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni Ukraynaya çevrilməsidir”, – deyə Medvedev hesab edir.

Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib ki, Rusiya öz regional problemləri ilə müstəqil şəkildə məşğul olur.

Hüseyn İbadlı

Latest articles

More like this