Almaniya kansleri Fridrix Mertsin vəzifəsindən uzaqlaşdırılaraq onun yerinə müdafiə naziri Boris Pistoriusun gətirilə biləcəyi iddia olunur.
BEY.AZ xəbər verir ki, bu barədə politoloq Vladimir Olençenko “Lenta.ru”ya açıqlamasında bildirib.
Məlumata görə, “Bild” qəzetinin yaydığı xəbərlərdən sonra Xristian-Demokrat İttifaqı daxilində kanslerin dəyişdirilməsi ilə bağlı müzakirələr güclənib. Ekspertlərin fikrincə, Mertsin reytinqləri aşağıdır.
Olençenko Pistoriusu daha ünsiyyətcil və cəmiyyət tərəfindən daha anlaşılan siyasətçi kimi dəyərləndirib. Onun sözlərinə görə, Almaniyanın hazırkı siyasi kursu hərbiləşmə və Rusiya ilə gərginlik fonunda formalaşır və bu şəraitdə Pistorius müəyyən siyasi dairələr üçün daha “uyğun namizəd” kimi görünür.
Politoloq həmçinin qeyd edib ki, Pistoriusun Almaniyanın şərq bölgələrindən olması da siyasi elitada müsbət faktor kimi qiymətləndirilir.
Müəllif: Roza
