Türkiyəli məşhur aktrisa Pelin Karahan və iş adamı Bedri Güntay 12 illik evliliklərini rəsmən sonlandırıblar.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, 2014-cü ildə ailə quran və iki övladı olan cütlük qarşılıqlı razılıq əsasında boşandıqlarını elan edib.
Onlar yaydıqları birgə bəyanatda bildiriblər ki, ayrılıqdan sonra da övladlarının tərbiyəsi üçün valideyn kimi dostluq və hörmət münasibətlərini qoruyub saxlayacaqlar.
Cütlük həmçinin mətbuatdan və ictimaiyyətdən uşaqların psixologiyasını qorumaq üçün şəxsi həyatlarının məxfiliyinə hörmətlə yanaşılmasını xahiş ediblər.
Hüseyn İbadlı

