EvXəbərlərMəşhur klubun sahibi payını satır

Məşhur klubun sahibi payını satır

Published on

spot_img

“Everton”un sahibi olan Amerika şirkəti “Friedkin Group” yeni investorlar axtarır.
BEY.AZ xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbələrə görə, “Friedkin Group” “Everton”dakı azlıq payını satmağa hazırdır. Məqsəd kluba inkişaf üçün yeni təkan verəcək strateji investorlar tapmaqdır.
Bu proses yay transfer pəncərəsinin sonunda klubun davranışına qarşı tənqidlər fonunda baş verir. Son günlərdə “Everton” üç oyunçusunu ( İlimane Ndiaye , Beto və Tim İrogbunema) 100 milyon avrodan baha satıb.

Qeyd etmək lazımdır ki, “Everton”dan əlavə, “Friedkin Group” 2020-ci ildən bəri İtaliyanın “Roma” klubuna da sahiblik edir. “Everton” yeni mövsümdə Premyer Liqanın ilk iki turunda dörd xal toplayıb.

BEY.AZ

Latest articles

More like this