EvXəbərlərMəşhur milyarder Eskobarın begemotlarına "elçi" çıxdı: Öldürməyin, bizə verin

Məşhur milyarder Eskobarın begemotlarına “elçi” çıxdı: Öldürməyin, bizə verin

Published on

spot_img

Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani məşhur narkobaran Pablo Eskobara məxsus begemotlarla (su atı-red.) bağlı təklif irəli sürüb.
Publika.az “CNN”ə istinadən xəbər verir ki, milyardr onların məhv edilməsi planına qarşı çıxaraq Hindistana daşınmasını təklif edib.
Kolumbiya tərəfindən təsdiqlənmiş məhv planının yenidən nəzərdən keçirilməsinə çağırış edən Ambani, təxminən 80 begemontun Vantaradakı vəhşi təbiət xilasetmə və reabilitasiya mərkəzinə köçürülməsi gərəkdiyini irəli sürüb.
Qeyd edək ki, Pablo Eskobarın ölümündən sonra onun bütün heyvanları ölkə daxilindəki zooparklara köçürülüb. Hakimiyyət orqanları bildirir ki, təxminən 30 il ərzində Eskobarın begemotları çoxalmağa davam edib. Bununla da, ölkədəki hazırkı begemot populyasiyası həddindən artıqdır və bu da ekosistemə zərər verə bilər.

Müəllif: Roza

Latest articles

More like this