EvXəbərlərMetro qatarlarının sabahkı hərəkət qrafiki dəyişdirilir

Metro qatarlarının sabahkı hərəkət qrafiki dəyişdirilir

Published on

spot_img

Bu gün saat 12:10-da “Ulduz–Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.
Qısaqapanma nəticəsində qısamüddətli tüstülənmə müşahidə edilib və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirləri icra olunub.
İlkin araşdırmanın nəticəsi olaraq, saat 15:00-da Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilməklə, müvafiq texniki tədbilərin icrası barədə qərarlar qəbul olunub. Operativ tədbirlər planına uyğun, qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür.
Bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.
Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.

Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik.
Texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.

Latest articles

İran ABŞ ilə danışıqların növbəti mərhələsini keçirməkdən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Əhməd Naderi CNN telekanalına açıqlamasında bildirib....

İran ABŞ ilə danışıqlardan imtina etdi

İran ABŞ ilə danışıqların növbəti mərhələsini keçirməkdən imtina edib. Metbuat.az xəbər verir ki, bu barədə İran...

Vensin İslamabada səfəri təxirə salındı

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İslamabada planlaşdırılan səfəri təxirə salınıb. Metbuat.az xəbər verir ki, Vaşinqton Tehran...

More like this

İran ABŞ ilə danışıqların növbəti mərhələsini keçirməkdən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Əhməd Naderi CNN telekanalına açıqlamasında bildirib....

İran ABŞ ilə danışıqlardan imtina etdi

İran ABŞ ilə danışıqların növbəti mərhələsini keçirməkdən imtina edib. Metbuat.az xəbər verir ki, bu barədə İran...