Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BEY.AZ-a məlumat verilib.
Bildirilib ki, Cenevrə beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
