Türkiyədə uzun müddət davam edən isti hava şəraiti səbəbindən kəpənəklər gənc cütlüyün toyunu yarımçıq saxlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Video7” məlumat yayıb.
Başaran kəndində minlərlə kəpənək toy şənliyinə, xına gecəsinə və qız məclisinə toplaşıb. Kəpənəklər gecə yarısına qədər orkestrin müşayiəti altında qonaqların mahnı oxumasına və rəqs etməsinə mane olublar.
Ənənəyə əsasən, xına gecəsində bəy və gəlin toyu bitirməli idilər, lakin təbiət onlara mane olub və bütün tədbiri yarımçıq saxlayıb.
Hüseyn İbadlı
